Pentaqonun keçmiş rəhbəri: ABŞ-İran münaqişəsi daha altı ay davam edə bilər
Pentaqonun keçmiş rəhbəri Leon Panetta, ABŞ ilə İran arasında silahlı münaqişənin daha altı ay davam edə biləcəyini qeyd edib. O, "The Guardian" qəzetinə müsahibəsində bu münaqişənin davam etməsinin səbəbləri və mümkün həll yolları haqqında danışıb.
Panetta bildirib ki, tərəflər "dəhşətli çıxılmaz vəziyyətdədir" və müharibəyə son qoymaq üçün variantların sayı çox azdır. O, Donald Tramp administrasiyasının Yaxın Şərqdə uzunmüddətli müharibəyə cəlb olunma riskinin olduğunu vurğulayıb.
Keçmiş müdafiə naziri ABŞ Prezidentinin qarşısında üç əsas variantın olduğunu qeyd edib: birincisi, hərbi əməliyyatlara son qoymaq, ikincisi, hava zərbələrini davam etdirmək, üçüncüsü isə Hörmüz boğazına nəzarəti ələ keçirməkdir. Panetta, hava hücumlarının davam etdirilməsinin münaqişənin uzanmasına səbəb ola biləcəyini qeyd edib.
O, Hörmüz boğazına nəzarətin ələ keçirilməsinin İranın mühüm strateji üstünlüyünü itirməsi ilə nəticələnəcəyini də əlavə edib. Panetta, Vaşinqtonun İraq və Əfqanıstan müharibələrinə bənzər "başqa bir uğursuz müharibəyə" cəlb olunmasından narahatlığını ifadə edib.
Azərbaycan
Русский
English
USD
EUR
TRY
JPY