SON XƏBƏRLƏR
19:41 Husilər Səudiyyə Ərəbistanının enerji obyektlərinə hücumlar edib, yaralılar var • 16:58 Azərbaycan turizmi İsraillilər arasında artmaqdadır, Türkiyə isə populyarlığını itirir • 23:39 Teatrşünas: Azərbaycan–Qırğızıstan teatr əlaqələrinin əsas xüsusiyyətlərindən biri ortaq t • 23:39 Orta Dəhliz üçün yeni rəqəmsal həllər hazırlanır • 23:38 İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4381 nəfərə çatıb • 17:48 Rəna Hümbətova: Bərpaolunan enerji üzrə milli reyestrin hazırlanması istiqamətində işlər a • 02:05 Azərbaycan və AB-nin Avrasiya Əlaqələrini Yenidən Şəkilləndirməsi • 02:02 Pentaqonun keçmiş rəhbəri: ABŞ-İran münaqişəsi daha altı ay davam edə bilər • 01:58 Oğuz rayonunun 95 illiyinə həsr olunmuş kitab təqdim edilib • 01:55 Mateuş Koxalski “Qarabağ”la vidalaşıb • 19:41 Husilər Səudiyyə Ərəbistanının enerji obyektlərinə hücumlar edib, yaralılar var • 16:58 Azərbaycan turizmi İsraillilər arasında artmaqdadır, Türkiyə isə populyarlığını itirir • 23:39 Teatrşünas: Azərbaycan–Qırğızıstan teatr əlaqələrinin əsas xüsusiyyətlərindən biri ortaq t • 23:39 Orta Dəhliz üçün yeni rəqəmsal həllər hazırlanır • 23:38 İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4381 nəfərə çatıb • 17:48 Rəna Hümbətova: Bərpaolunan enerji üzrə milli reyestrin hazırlanması istiqamətində işlər a • 02:05 Azərbaycan və AB-nin Avrasiya Əlaqələrini Yenidən Şəkilləndirməsi • 02:02 Pentaqonun keçmiş rəhbəri: ABŞ-İran münaqişəsi daha altı ay davam edə bilər • 01:58 Oğuz rayonunun 95 illiyinə həsr olunmuş kitab təqdim edilib • 01:55 Mateuş Koxalski “Qarabağ”la vidalaşıb •
Mədəniyyət

Oğuz rayonunun 95 illiyinə həsr olunmuş kitab təqdim edilib

Test Müəllifi | Baş redaktor
7 Sentyabr 2026 01:58  |  6 baxış
Oğuz rayonunun 95 illiyinə həsr olunmuş kitab təqdim edilib

Oğuz rayonunun təşkil olunmasının 95 illiyinə həsr edilən "Oğuz rayonu və tanınmış insanları" adlı kitabın təqdimat mərasimi keçirilib.

Tədbirdə Vətən uğrunda canından keçmiş şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Yazıçılar Birliyinin Oğuz bölməsinin sədri Vüsal Oğuz bildirib ki, indiyədək Oğuz rayonu ilə bağlı bir sıra kitablar çap olunsa da, həmin nəşrlərin heç birində rayonun keçmişi, bugünkü inkişafı, müxtəlif sahələri və tanınmış insanları barədə ətraflı məlumatlar vahid mənbədə toplanmayıb.

Kitabda rayonun keçdiyi tarixi yol, bugünkü inkişafı, Prezident İlham Əliyevin Oğuz rayonuna səfərləri, Oğuzun Sloveniyanın Nova Qoritsa şəhəri ilə qardaşlaşması, 44 günlük Vətən müharibəsində oğuzluların iştirakı, şəhidlərimiz, Oğuzun tanınmış insanları, rayon ərazisində təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin yaranması və inkişaf yolu ilə bağlı ətraflı məlumatlar əks olunub.

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdül-Qədirov kitabın müəllifinə rayonun təşkil olunmasının 100 illiyinə həsr olunmuş belə bir nəşrin hazırlanmasına görə təşəkkürünü bildirib. Qeyd edilib ki, Prezident İlham Əliyevin Oğuz rayonuna səfərləri çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində Oğuz rayonunda da böyük nailiyyətlər əldə edilib.

Təqdimat mərasimində kitabın müəllifi Nazim Hüseynli tədbirin təşkilinə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Kitab beş bölmədən ibarətdir və 2030-cu ildə Oğuz rayonunun təşkil olunmasının 100 ili tamam olacaq.

TikTok-da bizi izləyin
İzlə →
Paylaş: