SON XƏBƏRLƏR
19:41 Husilər Səudiyyə Ərəbistanının enerji obyektlərinə hücumlar edib, yaralılar var • 16:58 Azərbaycan turizmi İsraillilər arasında artmaqdadır, Türkiyə isə populyarlığını itirir • 23:39 Teatrşünas: Azərbaycan–Qırğızıstan teatr əlaqələrinin əsas xüsusiyyətlərindən biri ortaq t • 23:39 Orta Dəhliz üçün yeni rəqəmsal həllər hazırlanır • 23:38 İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4381 nəfərə çatıb • 17:48 Rəna Hümbətova: Bərpaolunan enerji üzrə milli reyestrin hazırlanması istiqamətində işlər a • 02:05 Azərbaycan və AB-nin Avrasiya Əlaqələrini Yenidən Şəkilləndirməsi • 02:02 Pentaqonun keçmiş rəhbəri: ABŞ-İran münaqişəsi daha altı ay davam edə bilər • 01:58 Oğuz rayonunun 95 illiyinə həsr olunmuş kitab təqdim edilib • 01:55 Mateuş Koxalski “Qarabağ”la vidalaşıb • 19:41 Husilər Səudiyyə Ərəbistanının enerji obyektlərinə hücumlar edib, yaralılar var • 16:58 Azərbaycan turizmi İsraillilər arasında artmaqdadır, Türkiyə isə populyarlığını itirir • 23:39 Teatrşünas: Azərbaycan–Qırğızıstan teatr əlaqələrinin əsas xüsusiyyətlərindən biri ortaq t • 23:39 Orta Dəhliz üçün yeni rəqəmsal həllər hazırlanır • 23:38 İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4381 nəfərə çatıb • 17:48 Rəna Hümbətova: Bərpaolunan enerji üzrə milli reyestrin hazırlanması istiqamətində işlər a • 02:05 Azərbaycan və AB-nin Avrasiya Əlaqələrini Yenidən Şəkilləndirməsi • 02:02 Pentaqonun keçmiş rəhbəri: ABŞ-İran münaqişəsi daha altı ay davam edə bilər • 01:58 Oğuz rayonunun 95 illiyinə həsr olunmuş kitab təqdim edilib • 01:55 Mateuş Koxalski “Qarabağ”la vidalaşıb •
Dünya

Husilər Səudiyyə Ərəbistanının enerji obyektlərinə hücumlar edib, yaralılar var

Test Müəllifi | Baş redaktor
8 Sentyabr 2026 19:41  |  32 baxış
Husilər Səudiyyə Ərəbistanının enerji obyektlərinə hücumlar edib, yaralılar var

Sentyabrın 8-də səhər saatlarında Səudiyyə Ərəbistanının cənubundakı bir sıra enerji obyektlərinə Yəmən husiləri tərəfindən edilən hücumlar nəticəsində yanğınlar baş verib. AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, hücumlar nəticəsində bəzi enerji obyektlərinin fəaliyyətində müvəqqəti ləngimələr baş verib. Məlumata görə, xüsusi xidmət və operativ qruplar yanğınların lokallaşdırılması, obyektlərin təhlükəsizliyinin təmin edilməsi və dəymiş ziyanın qiymətləndirilməsi istiqamətində iş aparırlar. Eyni zamanda, hücumlar nəticəsində yaralıların olduğu bildirilir. Bu arada Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın sözçüsü general Turki əl-Maliki husilərin ölkənin ərazisinə və milli resurslarına qarşı hücumlarını “təhlükəli eskalasiya” kimi qiymətləndirib. Onun sözlərinə görə, husilərin Əbhə, Xamis Muşayt, Cazan və Nəcran şəhərlərində mülki və iqtisadi obyektlərə hücumları nəticəsində 73 mülki şəxsin, o cümlədən qadın və uşaqların yaralandığı bildirilir. Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi də husilərin hücumlarını kəskin pisləyib. Nazirlik, həmçinin Qırmızı dənizdə ticarət gəmilərinə qarşı davam edən hücumların beynəlxalq dəniz nəqliyyatının azadlığı üçün təhlükə yaratdığını vurğulayıb. Səudiyyə Ərəbistanı hakimiyyəti ölkənin suverenliyinin və vətəndaşların təhlükəsizliyinin qorunması məqsədilə müvafiq tədbirlərin görüləcəyini açıqlayıb.

TikTok-da bizi izləyin
İzlə →
Paylaş: