Dünya
Cared Kuşner: Ukrayna üzrə üçtərəfli danışıqların bərpasına ümid edirik
Test Müəllifi
| Baş redaktor
7 Sentyabr 2026 01:30
|
2 baxış
ABŞ, Rusiya və Ukrayna arasında sülhün əldə olunmasına dair üçtərəfli danışıqların bərpa olunması mümkündür. Bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Kiyevdə keçirilən danışıqlardan sonra mətbuat konfransında bildirib.
Kuşner, ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoffun iştirakı ilə keçirilən üçtərəfli görüşlərin məhsuldar olduğunu vurğulayıb. O, tərəflərin mövqelərini birbaşa müzakirə etdiyini qeyd edərək, "Ümid edirik ki, bu formata qayıdacağıq" - deyə əlavə edib.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında son üçtərəfli məsləhətləşmələr fevralın 17-18-də Cenevrədə keçirilib. Görüşlər qapalı formatda, həm ikitərəfli, həm də üçtərəfli müzakirələr şəklində baş tutub.
TikTok-da bizi izləyin
İzlə →
Azərbaycan
Русский
English
USD
EUR
TRY
JPY