Orta Dəhliz üçün yeni rəqəmsal həllər hazırlanır
“Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti (KTZ) Çin şirkətləri ilə Orta Dəhlizin və Qazaxıstanın nəqliyyat terminallarının rəqəmsallaşdırılması, həmçinin nəqliyyat infrastrukturunun modernləşdirilməsi məsələlərini müzakirə edib. Şirkətin İdarə Heyətinin sədri Eljas Otınşiyev, “Global DTC Ltd” və “Shanghai International Port (Group) Co., Ltd.” şirkətlərinin nümayəndələri ilə görüş keçirib. Danışıqlar çərçivəsində “Terminal Operating System” (TOS) sisteminin tətbiqi, limanların və dəmir yolu stansiyalarının rəqəmsal transformasiyası müzakirə edilib. Tərəflər, müasir əməliyyat sisteminin inteqrasiyasının praktiki aspektlərini nəzərdən keçiriblər. Görüşdə, tranzit potensialının inkişafı və regional nəqliyyat əlaqələrinin genişləndirilməsi məsələləri də gündəmə gəlib.
Azərbaycan
Русский
English
USD
EUR
TRY
JPY