SON XƏBƏRLƏR
19:41 Husilər Səudiyyə Ərəbistanının enerji obyektlərinə hücumlar edib, yaralılar var • 16:58 Azərbaycan turizmi İsraillilər arasında artmaqdadır, Türkiyə isə populyarlığını itirir • 23:39 Teatrşünas: Azərbaycan–Qırğızıstan teatr əlaqələrinin əsas xüsusiyyətlərindən biri ortaq t • 23:39 Orta Dəhliz üçün yeni rəqəmsal həllər hazırlanır • 23:38 İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4381 nəfərə çatıb • 17:48 Rəna Hümbətova: Bərpaolunan enerji üzrə milli reyestrin hazırlanması istiqamətində işlər a • 02:05 Azərbaycan və AB-nin Avrasiya Əlaqələrini Yenidən Şəkilləndirməsi • 02:02 Pentaqonun keçmiş rəhbəri: ABŞ-İran münaqişəsi daha altı ay davam edə bilər • 01:58 Oğuz rayonunun 95 illiyinə həsr olunmuş kitab təqdim edilib • 01:55 Mateuş Koxalski “Qarabağ”la vidalaşıb • 19:41 Husilər Səudiyyə Ərəbistanının enerji obyektlərinə hücumlar edib, yaralılar var • 16:58 Azərbaycan turizmi İsraillilər arasında artmaqdadır, Türkiyə isə populyarlığını itirir • 23:39 Teatrşünas: Azərbaycan–Qırğızıstan teatr əlaqələrinin əsas xüsusiyyətlərindən biri ortaq t • 23:39 Orta Dəhliz üçün yeni rəqəmsal həllər hazırlanır • 23:38 İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4381 nəfərə çatıb • 17:48 Rəna Hümbətova: Bərpaolunan enerji üzrə milli reyestrin hazırlanması istiqamətində işlər a • 02:05 Azərbaycan və AB-nin Avrasiya Əlaqələrini Yenidən Şəkilləndirməsi • 02:02 Pentaqonun keçmiş rəhbəri: ABŞ-İran münaqişəsi daha altı ay davam edə bilər • 01:58 Oğuz rayonunun 95 illiyinə həsr olunmuş kitab təqdim edilib • 01:55 Mateuş Koxalski “Qarabağ”la vidalaşıb •
Mədəniyyət

Teatrşünas: Azərbaycan–Qırğızıstan teatr əlaqələrinin əsas xüsusiyyətlərindən biri ortaq t

Test Müəllifi | Baş redaktor
7 Sentyabr 2026 23:39  |  13 baxış
Teatrşünas: Azərbaycan–Qırğızıstan teatr əlaqələrinin əsas xüsusiyyətlərindən biri ortaq t

Mərkəzi Asiyanın perspektivli teatrlarından biri olan Toktobolot Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında son illərdə sıx əməkdaşlıq əlaqələri formalaşıb. İki ölkənin ümumi mədəni köklərinə əsaslanan əməkdaşlıq çərçivəsində Azərbaycan teatrının Bişkekdə keçirilən “Aytmatov və teatr” festivalında “Manqurt” tamaşası ilə iştirakı mühüm hadisələrdən biri olub. Bunu AZƏRTAC-a açıqlamasında teatrşünas Ramilə Abdullazadə deyib. O, diqqətə çatdırıb ki, Azərbaycan və Qırğızıstan arasında mədəni əməkdaşlıq haqqında hökumətlərarası sazişdə teatr sənəti ayrıca əməkdaşlıq sahəsi kimi müəyyənləşdirilib. “Bişkekdə keçirilən “Aytmatov və teatr” festivalında Azərbaycan Dövlət Pantomima Teatrının “Manqurt” tamaşası Qırğızıstan Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqı tərəfindən xüsusi mükafata layiq görülüb. Qırğızıstan Milli Akademik Dram Teatrının Bakıya qastrol səfəri çərçivəsində “Qorqud Ata” tamaşası Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş etdirilib. Qırğız dramaturqu Kayrat İmanaliyevin əsəri əsasında hazırlanan tamaşa türk xalqları üçün ortaq olan epik-mədəni irsə müraciəti ilə diqqət çəkib. Bu səfər Azərbaycan teatrının Bişkekə qastrolunun davamı olaraq Qırğızıstan teatrının Azərbaycana cavab qastrolu kimi qiymətləndirilə bilər. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Toktobolot Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı arasında Əməkdaşlıq Memorandumunun imzalanması isə iki ölkənin teatrları arasında münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirib. Beləliklə, Azərbaycan–Qırğızıstan teatr əlaqələrinin əsas xüsusiyyətlərini qarşılıqlı mədəni maraq, ortaq türk-mədəni irsə müraciət və peşəkar teatr təcrübəsinin mübadiləsi təşkil edir.

Telegram-da bizi izləyin
İzlə →
Paylaş: